Azərbaycan Livana maliyyə yardımı göstərəcək

  • 17:49 - 05 Avqust

Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcək.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Livan Prezidenti Mişel Auna ünvanladığı başsağlığı məktubunda qeyd olunub.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. 


Oxunma sayı: 5347

Oxşar yazılar