Maduronun gələn ilə kimi hakimiyyətdə qalmaması üçün hər şey edəcəyik – ABŞ rəsmisi

  • 15:38 - 05 Avqust

ABŞ hakimiyyəti Nikolas Maduronun ölkə prezidenti vəzifəsindən kənarlaşdırılması və ilin sonunadək siyasi nüfuzdan məhrum etmək üçün səylərini əsirgəməyəcək.

Avropa.info xəbər verir ki, bu sözləri ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

"Şübhəsiz, ümid edirik ki, bu il dövlət başçısı olaraq vəzifədə qalmaz ... Belə olması üçün çox çalışırıq. Bunun üçün nə baş verməlidir? Venesuelalılar dekabr ayında keçirilməsi planlanan parlament seçkilərinə etiraz etməlidirlər" – Abrams deyib.

Dövlət Departamenti rəsmisi hesab edir ki, beynəlxalq ictimaiyyət bu tamamilə saxta seçkiləri rədd etməlidir: 

"Daha çox sanksiyalar, fərdi sanksiyalar tələb olunur. Xüsusilə, İran və Venesuela arasındakı münasibətlərin inkişafına mane olmaq lazımdır".

Abrams istehza ilə hazırda Maduronu dəstəkləyən Venesuela ordusunda "bütün Şimali Atlantika blokundan daha çox general var" deyib. 


Oxunma sayı: 5930

Oxşar yazılar