Ukraynada koronovirusa yoluxma sayında yeni rekord

  • 12:26 - 05 Avqust

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, sutka ərzində 1271 yeni koronovirusa yoluxma halı qeydə alınıb.

Avropa.info xəbər verir ki, bu pandemiyanın başladığı mart ayından bəri Ukraynada qeydə alınan sutkalıq rekorddur. Əvvəlki rekord 30 iyulda qeydə alınmışdı və 1197 nəfər təşkil etmişdi.

5 avqusta olan statistikaya görə, yoluxma sayı 75 min 490 ölü sayı 1788, sağalma sayı 40 min 613 nəfər təşkil edib.

Ukraynada qadağalar yumşalandan sonra son iki ay ərzində aprel-may ayları ilə müqayisədə yoluxma sayları getdikcə artıb.


Oxunma sayı: 6535

Oxşar yazılar