Beyrutdakı partlayış erməni təşkilatlarının, Daşnaksutyunun ofisini darmadağın etdi - Video

  • 11:49 - 05 Avqust

Dünən axşam Beyrut limanında baş verən partlayış nəticəsində ermənilərin Livandakı təşkilatlarının ofislərinə ciddi ziyan dəyib.

Avropa.info xəbər verir ki, erməniləri “Şahzoyan” mərkəzinə ciddi maddi ziyan dəyib. Bu barədə Livan ermənilərinin “Azdak” qəzeti məlumat yayıb. Pəncərə və ofis qapıları sınıb. Daşnaksutyun partiyasının ofisinə, “Ay data”nın Yaxın Şərqdəki ofisinə, Daşnaksutyun partiyasının Mərkəzi Komitəsinin binasına, “Pünik”, “Azdak” qəzetlərinin zallarına, Livan parlamentinin erməni əsilli deputatlarının binasına ciddi ziyan dəyib.

“Azdak”ın redaksiyası, “Vaqe Setean” tipoqrafiyası “Lüsi Tutuncyan” zalı xüsusilə ciddi xəsarət alıb.

Partlayışda 5 erməni həlak olub. Onların arasında Livanın “Əl-Kataib” partiyasının baş katibi Nizar Nacaryan, tibb bacısı Cesika Bezcyan, Jak Paramakyan, Alina Zapri və Telia Papazyan da var. 


Oxunma sayı: 14873

Oxşar yazılar