Dövlət büdcəsinə yenidən baxılmasının səbəbi açıqlandı

  • 11:29 - 05 Avqust

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Sədr Sahibə Qafarova deyib.

O bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib.

“Bununla əlaqədar layihələr Milli Məclisə daxil olub”, - deyə Milli Məclisin Sədri vurğulayıb.


Oxunma sayı: 9142

Oxşar yazılar