Azərbaycan XİN Livana başsağlığı verdi

  • 10:45 - 05 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib.

Avropa.info-nun məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışlarla bağlı xəbər bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını arzu edirik”.


Oxunma sayı: 6953

Oxşar yazılar