"Beyrutda partlayan ərazi İran dəstəkli "Hizbullah"a aid silah istehsalı mərkəzidir və... " - Sensasiyalı iddia

  • 02:12 - 05 Avqust

Türkiyənin tanınmış terror və təhlükəsizlik eksperti Abdullah Ağar Livanın paytaxtı Beyrutda baş vermiş şiddətli partlayışla bağlı sensasiyalı iddia irəli sürüb. 

Avropa.info xəbər verir ki, Ağar sosial media hesabı üzərindən etdiyi açıqlamada, partlayışın baş verdiyi ərazinin İran dəstəkli "Hizbullah"a aid olduğunu bildirib. 

"Sahədən aldığım məlumat budur. Partlayış "Hizbullah"a aid bir partlayıcı silah istehsalı mərkəzidir. Ya ölkə daxilindən, ya da ölkə xaricindən vurulduğu ehtimal olunur" - Ağar belə deyib.


Oxunma sayı: 24740

Oxşar yazılar