Türkiyədə bir gündə 18 nəfər koronavirusdan ölüb

  • 23:45 - 04 Avqust

Türkiyədə son sutkada koronavirusa daha 1 083 yoluxub.

Avropa.info xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla COVID-19-a yoluxanların ümumi sayı 234 934 nəfərə çatıb.

Son sutka ərzində ölkədə koronavirusdan 18 nəfər ölüb. Beləliklə, Türkiyədə pandemiya qurbanlarının ümumi sayı 5 765 nəfərə yüksəlib. Eyni zamanda ötən gün ərzində 994 pasiyent sağalıb. Hazırda koronavirusdan sağalanların ümumi sayı 218 491 nəfərə çatıb.


Oxunma sayı: 5413

Oxşar yazılar