Beyrutda dəhşətli partlayış: Ölənlərin sayı artıb, minlərlə insan yaralanıb – YENİLƏNİB+FOTO/VİDEO

  • 23:50 - 04 Avqust

 

Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 40 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, bu barədə "Al Jazeera" özünün "Twitter"dəki səhifəsində bildirib.

Qeyd edək ki, hadisə zamanı 2 200-dən çox insanın xəsarət aldığı bildirilir. 

****

Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.

Bu barədə “Al Haddath” telekanlı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç minə yaxın insan da yaralanıb.

Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

Bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

 

**

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 10 nəfər ölüb.

Avropa.info xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təhlükəsizlik orqanlarındakı mənbə bildirib ki, tibb müəssisəsinə 10 meyit gətirilib. Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir. 

***

Livanın paytaxtı Beyrut şəhərində güclü partlayış baş verib.

TASS-ın verdiyi xəbərə görə, hadisə Beyrut limanı yaxınlığında qeydə alınıb.

Partlayışın səbəbi məlum deyil.


Oxunma sayı: 19856

Oxşar yazılar