Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib

  • 19:27 - 04 Avqust

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.

APA-nın xəbərinə görə, Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub.

Yanğının miqyası getdikcə genişlənir. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir. 


Oxunma sayı: 6700

Oxşar yazılar