Bəşəriyyət yeni fəlakətlə üz-üzədir - Antonio Quterriş

  • 17:50 - 04 Avqust

Koronovirus səbəbiylə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəblinin tam təhsil prosesini pozdu.

Avropa.info xəbər verir ki, bu sözləri BMT baş katibi Antonio Quterriş iyulun ortalarına olan statistika əsasında deyib.

Dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilibr. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdləri əhatə etmədi. Pandemiyadan əvvəl 250 milyondan çox məktəb yaşlı uşaq məktəbdə təhsil almaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə lazımi əsas bacarıqları öyrənən uşaqların yalnız dörddə biri məktəbi bitirirdi.

Antonio Quterrişin sözlərinə görə, bəşəriyyət insan potensialının boşa çıxmasına, bərabərsizliyin artmasına və təhsildə bütün irəliləyişlərin itməsinə səbəb ola biləcək "nəsil fəlakət" ilə üz-üzədir.

O, bununla əlaqədar olaraq, "Gələcəyimizi xilas et" şüarı altında yeni bir BMT proqramının başlandığını elan edib. Bu proqramın bir hissəsi olaraq, BMT bütün üzv ölkələrə COVID-19 epidemiyasının nəzarətə götürülə biləcəyi müddətdə məktəblər açmağa çağırır, təşkilat müxtəlif ölkələrin rəsmilərinə bunun üçün qaydalar və təlimatlarla kömək edəcəyini vəd edir. 


Oxunma sayı: 7349

Oxşar yazılar