Yaponlar bunu da etdi: 8 dilə tərcümə edə bilən mikrofonlu maska

  • 17:24 - 04 Avqust

Yaponiyanın “Donut Robotics” texnologiya şirkəti maska taxan şəxsin səsini yüksəldərək sosial məsafənin saxlanılmasına kömək edən və yaponcadan səkkiz dilə tərcümə edə bilən mikrofonlu maska ixtira edib. 

Avropa.info xəbər verir ki, maska koronovirusa qarşı müdafiə vasitəsi kimi hazırlansa da, ağız hissəsində deşiklər olduğu üçün birbaşa müdafiə təmin etmir. Plastik və silikondan düzəldilmiş maska standart üz maskasının üstündən taxılır. 

Maska blutuz köməyi ilə mobil telefon və ya planşetlə əlaqələndirilə bilir. Maska taxan adamın sözlərini mətn mesajına çevirib tərcümə edir. 

Şirkətin direktoru Taysuke Ono “C-mask” adı alan ixtiranın faydası haqda bunları deyib:

“Koronovirus əleyhinə maskaların virusa qarşı qatları olduğu üçün marketlərdə kassirlər müştərilərin nə dediyini yaxşı başa düşmürlər. Bu maska dediklərinizi yazıya çevirir və oxuyur”.

O, maskada istifadə olunan proqramın əslində bir robot üçün hazırlandığını, lakin koronovirus pandemiyası başlayınca şirkətin bu proqramı maska üzərində tətbiq etmək qərarı verdiyini deyib.

40 dollara satılacaq maska sentyabr ayında bazara çıxarılacaq.


Oxunma sayı: 11408

Oxşar yazılar