Dövlət pandemiya ilə bağlı vətəndaşlara yardım edəcək – Yeni iqtisadi paket hazırlanır

  • 16:25 - 04 Avqust

“Yeni iqtisadi paketlə bağlı işlər gedir. Əvvəlki iqtisadi paketlərin, yardımların davam etdirilməsi nəzərdə tutulur”.

Avropa.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir təfərrüatlarla bağlı əlavə açıqlamalar veriləcəyini qeyd edib:

“Ola bilsin ki, pandemiya ilə bağlı əvvəlki iqtisadi paketdə nəzərdə tutulan dəstəyə müəyyən dəyişikliklər edilsin. Dəstəkdən istifadə ilə bağlı mütəmadi açıqlamalar verilib. Bunlar nəzərə alınaraq, işlər bu tərzdə davam etdiriləcək.

Ola bilsin ki, bilavasitə zərərçəkmiş sahələrə yenidən baxılacaq. Bəlkə, bu sahələr daha da genişləndirildi. Bunun üzərində aktiv iş gedir”.


Oxunma sayı: 10550

Oxşar yazılar