Lukaşenko Kremli ifşa etdi: “Saxlanılan ruslar artıq ifadə veriblər, onlar hər şeyi danışıblar"

  • 16:20 - 04 Avqust

Belorus prezidenti Aleksandr Lukaşenko prezident seçkisi öncəsi ölkə vətəndaşları və parlamentə müraciət edib.

Avropa.info xəbər verir ki, o, Minskdə Respublika Sarayında 2500 nəfər qarşısında çıxış edib. 

Seçki kampaniyası haqda danışan Lukaşenko milyardlarla ölçülən resursların Belorusa qarşı istifadə olunduğunu bildirib. “Vaqner” hərbi şirkəti üzvü kimi saxlanılmış 33 Rusiya vətəndaşı haqda danışan Luklaşenko onların İstanbula uçmaq üçün deyil, birbaşa Belorusa göndərildiyini deyib.

“Saxlanılan şəxslərin Rusiya vətəndaşlarının Belorusdan Türkiyəyə getməsi ilə bağlı Rusiya rəsmilərinin dedikləri yalandır” – Lukaşenko Kremli yalanı dayandırmağa çağırsa da, silahlı dəstənin arxasında Moskvanın dayandığını açıq deməyib.

“Saxlanılan ruslar artıq ifadə veriblər. Onlar hər şeyi danışıblar” – Lukaşenko deyib.

Belorus prezidenti vaqnerçilərin ifadələrini açıqlamasa da, ölkənin cənubuna daha bir diversiya qrupunun göndərildiyini bildirib.

Lukaşenko, Rusiyanın “tək müttəfiqi” adlandırdığı Belorusu itirməkdən qorxduğunu, ancaq buna baxmayaraq, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Belorusun hər zaman Moskvanın müttəfiqi olacağını deyib.

Qeyd edək ki, Rusiya tərəfi Minskdə saxlanılan rusların Liviya və Venesuelaya getmək üçün Belorusdan tranzit kimi istifadə etdiyini açıqlamışdı. Donbasda separatçılar tərəfindən Ukraynada vuruşmuş rus yazıçı Zaxar Prilepin 170 nəfər “Vaqner” üzvünün artıq Belorusu tərk etdiyini açıqlayıb.


Oxunma sayı: 8768

Oxşar yazılar