Rusiyanın bu şəhərində 25 gündür ki, “Putin istefa!” şüarları səslənir

  • 15:34 - 04 Avqust

Xabarovsk sakinləri qubernator Sergey Furqalın həbsinə etiraz etmək üçün növbəti dəfə etiraz mitinqi keçiriblər.

Avropa.info xəbər verir ki, qubernatorun həbsinə etiraz olaraq başlayan aksiyalar artıq 25-ci günündədir. Mitinqdə təxribatlar da müşahidə olunub. Etirazçılardan biri mitinq iştirakçılarına tələblərlə bağlı qətnamə təqdim edib, amma həmin şəxsin Çelyabinskdən gəldiyi üzə çıxıb. Digər halda iki nəfər mitinqdə dava salmağa çalışıb.

Soyuq havaya baxmayaraq, mitinq baş tutub. Yerli sakinlər “Şəhərlər oyanın, vətənimiz dardadır!”, “Furqal – bizim qubernator”, “Furqala azadlıq!”, “Putin istefa!” şüarları səsləndirilib.

Xatırladaq ki, Kreml LDPR-dən qubernator seçilmiş Sergey Furqalı 2000-ci illərin əvvəli baş vermiş qətllə əlaqələndirərək, həbs edib. Putin onun yerinə partiyadaşıMixail Deqtyarevi təyin etsə də, yerli sakinlər onu tanımır və evə qayıtmasını tələb edir. 


Oxunma sayı: 11496

Oxşar yazılar