“Region üçün ən pis ssenari İran və Səudiyyə Ərəbistanı arasında müharibədir” – Pakistan baş naziri

  • 13:37 - 04 Avqust

Pakistan baş naziri İmran Xan Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində ölkəsinin Yaxın Şərqlə bağlı mövqeyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Xan “Region üçün ən pis ssenari İran və Səudiyyə Ərəbistanı arasında baş verə biləcək birbaşa münaqişədir” deyib.

Pakistan baş naziri ölkəsinin Tehran və Ər-Riyad arasında vasitəçiliyinin davam etdiyini, lakin prosesin yavaş getdiyini bildirib. O, Hindistanda müsəlmanlara edilən ayrı-seçkiliyi  nasist Almaniyası ilə müqayisə edib:

“Hindistanda müsəlmanlara edilənlər yəhudilərin nasist Almaniyasında etdiklərinə oxşayır”.

Yəməndə baş verənləri isə humanitar böhran kimi qiymətləndirib. 

Pakistan və Türkiyə arasındakı münasibətlərlə bağlı İmran Xan “Türkiyə ilə iqtisadi əməkdaşlığımı artıraraq münasibətlərimizi dərinləşdirmək istəyirik” deyib. 


Oxunma sayı: 7261

Oxşar yazılar