Qrup şəklində ziyarətgaha gedənlər cərimələndi

  • 12:05 - 04 Avqust

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, 20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub.

Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol tərtib edilərək, cərimə olunublar.


Oxunma sayı: 3785

Oxşar yazılar