"Sosial ödənişlərdə heç bir azalma olmayacaq” – Komitə sədri

  • 10:43 - 04 Avqust

“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrdən biri də sosial müdafiəyə ehtiyacı olan insanların müdafiəsini gücləndirməkdir: “Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək”.

O, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindəki azalmalara da münasibət bildirib: “Bu azalmalara yenidən baxmaq lazımdır. Təbii proseslərlə bağlı gözlənilən azalmaların imkan daxilində nə ilə isə kompensasiya edilməsi doğru olardı”.


Oxunma sayı: 3521

Oxşar yazılar