Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edildi – Foto (Yenilənib)

  • 12:50 - 04 Avqust

Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub.

Avropa.info "unikal.org"a istinadən xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə Sənayesi naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib.

Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

***

10:00

Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, F. Heydərov bu gecə 82 yaşında dünyasını dəyişib.

O, bir müddətdir, xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edildi - FOTO - YENİLƏNİB

 

 

 

 


Oxunma sayı: 15027

Oxşar yazılar