Hikmət Hacıyev: "Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır"

  • 17:19 - 03 Avqust

Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır. 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. 

O bildirib ki, yoluxanlar və sağalanlar arasında müsbət dinamika müşahidə edilir: “Əldə etdiyimiz bu göstəricilər 21 iyun tarixindən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi və vətəndaşlarımızın bu qaydalara riayət etməsinin nəticəsidir. Hər bir vətəndaşa təşəkkür edirik. Ancaq bundan sonra da qaydalara riayət etmək lazımdır. Dünya ölkələrinin təcrübəsi də göstərir ki, virus bizimlə yaşayır. Cənub-Şərqi Asiya ölkələrində artıq virusun nəinki ikinci, üçüncü dalğası da alovlanmaqdadır. Avropa ölkələri arasında da sərhədlərin bağlanması xəbərləri gəlməkdədir”. 

 


Oxunma sayı: 6073

Oxşar yazılar