Əfqanıstanda həbsxanaya hücum - azı 20 nəfər ölüb

  • 17:12 - 03 Avqust

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin administrativ mərkəzi Cəlalabad şəhərindəki həbsxanaya hücum nəticəsində azı 20 nəfər həlak olub.

Avropa.info xəbər verir ki, əvvəlcə kamikadze bomba yüklü avtomobili həbsxana yaxınlığında partladıb. Ardınca silahlı şəxslər həbsxana binasına daxil olub. Döyüş səhər saatlarına qədər davam edib. Hücum edən silahlılardan 5-i öldürülüb. Həmçinin həbsxanadan qaçmağa çalışan 700-dək məhbus tutulub.

Cəlalabad şəhərindəki hücum Qurban bayramı günlərinə təsadüf edib. “Taliban” hərəkatı və Əfqanıstan hökuməti bayram zamanı üçgünlük atəşkəs barədə razılığa gəlib. Yerli KİV-lər hücumun məsuliyyətini İŞİD-ə yaxın qruplaşmalardan birinin öz üzərinə götürdüyü barədə məlumatlar yayıb.

 


Oxunma sayı: 6942

Oxşar yazılar