Varlı ölkələr koronavirusa qarşı peyvənd növbəsinə dayanıb

  • 16:37 - 03 Avqust

ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına üzv ölkələr koronavirus əleyhinə hələ hazır olmayan vaksinin 1,3 milyard dozasını almaq üçün razılıq əldə ediblər.

Avropa.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata əsasən, vaksin alınması üçün ABŞ və Böyük Britaniya müvafiq olaraq “Sanofi” və “GlaxoSmithKline”, Yaponiya isə “Pfizer” əczaçılıq kompaniyaları ilə saziş imzalayıb.

Vaksinin koronavirus əleyhinə effektivliyi hələ sübut olunmasa da, varlı ölkələr tərəfindən böyük həcmlərdə sifariş edilib. Analitiklərin fikrincə, dünyanın 7,8 milyard nəfərlik əhalisi üçün vaksin çatışmayacaq və kasıb ölkələr növbənin sonunu gözləməli olacaq.

Oxşar vəziyyət 2009-cu ildə də qeydə alınmışdı. O zaman varlı ölkələr donuz qripi əleyhinə vaksini inhisara almışdı.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib, martın 11-də yeni infeksiyanın yayılması pandemiya elan olunub.

 


Oxunma sayı: 87143

Oxşar yazılar