Elşən Məmmədovun qatillərini tapdılar və mühakimə etdilər

  • 15:30 - 03 Avqust

İyulun 31-də Moskvada məhkəmədə Emin Əhmədov və İsgəndər Hüseynovun barəsində hökm oxunub. Hər ikisini 15 il müddətinə azadlıqdan məhrum ediblər.

Virtualaz.org Rusiyanın "Fontanka" nəşrinə istinadən bildirir ki, prinsipcə, onların taleyi iyulun 21-də səkkiz hakim heyəti tərəfindən həll edilmişdi. Hökm müttəhimlərin gözləntilərini doğrultmadı: " 7: 1 " onların xeyrinə olmadı.

Nəşrin yazdığına görə, bu hadisənin kökü “qanuni oğrular” Rövşən Lənkəranski və Lotu Quli arasındakı qarşıdurmaya gedib çıxır.

Belə ki, 2017-ci ilin sentyabr ayında Tbilisidəki restoranlardan birinin yaxınlığında iki naməlum şəxs Elşən Məmmədovu öz "Toyota"sında "UZİ"dən güllələmişdilər. Sankt-Peterburqun Cinayət İstintaq İdarəsi bunun arxasında kimin dayandığını başa düşürdü, amma rəsmi olaraq bunların Rusiya ilə heç bir əlaqəsi yox idi. Lakin fasilə uzun sürmədi.

 

Emin Əhmədov və İsgəndər Hüseynov

Elə həmin 2017-ci ilin 23 oktyabrında Peterburqda Turku küçəsində Əhmədov və Hüseynov olan avtomaşın saxlanıldı. Onlarla birlikdə maşında silah və maska da aşkarlandı. Əməliyyatçılar Tbilisidən olan atıcıları tanımışdılar, ancaq yanlarındakı üçüncü şəxs silahın ona məxsus olduğunu dedi. Yəni atıcılar sərbəst buraxılmalı idi.

İstintaq Komitəsindəki həmsöhbətlərdən biri “Fontanka”ya deyib ki, "oturub fikirləşəndən” sonra Sankt-Peterburqda Tbilisidəki qətllə bağlı cinayət işi açıblar: “Nəzəri olaraq, qanun buna icazə verirdi-ölən Rusiya vətəndaşı idi. Amma demək olmaz ki, əksər həmkarlarım, o cümlədən məhkəmə həmin vaxt belə perspektivsiz modelə sevinirdilər. Lakin hər halda Gürcüstanda olan cinayət işi Sankt-Peterburqa gətirildi”.

Nəşr həmçinin xatırladır ki, həbs edilən Emin Əhmədov 2016-cı ildə İstanbulda öldürülən “qanuni oğru” Rövşən Lənkəranskiyə yaxın şəxsdir. Münaqişənin səbəbi Moskva və Peterburqun tərəvəz bazalarına nəzarət idi.

Məsələn, 2016-cı ilin yayında Sofiya tərəvəz bazasının yaxınlığında “Piter Elçin”in qohumu güllələndi. Yeri gəlmişkən, məqsəd Elçini dəfn mərasiminə aparmaq və onu artıq orada öldürmək idi. Elçinin ikinci qohumu 2016-cı ilin sonunda Azərbaycanda öldürüldü. Elçinin özünün “ovu” davam edirdi və 2017-da Leninskdə onun köməkçisi altı güllə yarası aldı. Muzdlu sonradan İstanbulda Lotu Guli-yə sui-qəsd edilərkən yaxalandı…

Təqsirləndirilən Əhmədov və Hüseynov üzərində məhkəmə prosesini isə Moskvaya keçiriblər. Sankt-Peterburq Prokurorluğunda "Fontanka"nın əməkdaşına təsdiq ediblər ki, bu, Rusiyada ölkədən kənarda törədilən qətlə görə çıxarılan ilk hökmdür.


Oxunma sayı: 4445

Oxşar yazılar