Türkiyədə qayığın batması nəticəsində dörd nəfər ölüb

  • 22:47 - 02 Avqust

Avqustun 2-də Türkiyənin İzmir vilayətinin Foça rayonu ərazisində "Egem" qayığı batıb.
Avropa.info xəbər verir ki, hadisə nəticəsində qayıqda olan on nəfərdən dördü həlak olub.
Digər şəxslərdən birinin axtarışları davam edir. Beş nəfər xilas edilərək ətrafdaki xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma başladılıb.


Oxunma sayı: 7030

Oxşar yazılar