İtkin düşən ABŞ hərbçiləri ölmüş elan edilib

  • 20:47 - 02 Avqust

Kaliforniya sahillərində hərbi təlim zamanı itkin düşən ABŞ-ın səkkiz hərbi qulluqçusu ölmüş elan edilib.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Dəniz Ekspedisiya İdarəsinin “Twitter”dəki səhifəsində məlumat verilib.

Komandanlıq 40 saatlıq genişmiqyaslı əməliyyatdan sonra axtarışları dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Kaliforniya sahillərində hərbi təlim zamanı qəza baş verib. Nəticədə bir ABŞ hərbçisi həlak olub, daha səkkizi itkin düşüb.


Oxunma sayı: 7305

Oxşar yazılar