Canni İnfantino istintaq müddətində FİFA prezidenti vəzifəsini davam etdirəcək

  • 18:27 - 02 Avqust

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən kənarlaşdırılmayacaq. 

Bu barədə ali futbol qurumunun bəyanatında əks olunub. 



FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: 

“Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. O, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”. 

Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.


Oxunma sayı: 22760

Oxşar yazılar