İngilislərdən Quran və hədislərlə Qiyamət Günü xəbərdarlığı - 77 kiçik və 12 əsas əlamət

  • 00:30 - 02 Avqust

İngilis mediasının, Qurani-Kərim və hədis kitablarını araşdıraraq “The Apocalyptic Apples” başlığı ilə yayımladığı xəbərdə 77 kiçik və 12 əsas qiyamət əlamətinin olacağı bildirilir. 

Avropa.info xəbər verir ki, İngilis media qurumu olan “Daily Star” qəzeti Qurani-Kərim və hədis kitablarında yer alan Qiyamət əlamətləri ilə bağlı bir araşdırma dərc edib. 

Qəzetin dərc etdiyi yazıda dünyanı cənginə alan koronavirus epidemiyasının İslam dünyasında ən böyük Qiyamət əlamətlərindən biri kimi göstərildiyi bildirilir. Xəbərlərdə həmçinin uzaq məsafələrin qısa müddət ərzində qət edilməsinin də Qiyamətin əlamətlərindən biri olduğu deyilir. 

Qəzet Amerikalı iş adamı Elon Maskın “SpaceX” layihəsinin də məhz bu əlamətlə əlaqəli olduğunu yazıb. “Daily Star”ın dərc etdiyi xəbərdə Qurani-Kərimdə Qiyamət əlamətləri ilə bağlı yer alan ayələrdəki zaman məfhumuna da yer verilib. Zamanın tez keçməsinin də Qiyamətin kiçik əlamətlərindən olduğu vurğulanan xəbərdə, zaman məfhumu sosial media ilə əlaqələndirilib. Xəbərdə, rabitə və informasiya texnologiyalarının inkişaf etməsilə internet və xüsusilə də sosial medianın istifadəsinin zamanın daha tez keçdiyi bildirilir.

Avropa.info


Oxunma sayı: 101036

Oxşar yazılar