Sumqayıtda dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb

  • 19:30 - 01 Avqust

İyulun 30-da Sumqayıtda dənizdə nəzarətsiz ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun və Məmmədov Babalar Famil oğlunun cəsədləri tapılıb.
Avropa.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, B.Məmmədovun cəsədi saat 10:40-da, P.Vəliyevin meyiti isə saat 17:00-da nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Oxunma sayı: 4401

Oxşar yazılar