ABŞ-da iki təyyarə toqquşub, ölənlər var

  • 10:35 - 01 Avqust

ABŞ-ın Alyaska ştatının Soldotna şəhərindəki hava limanı yaxınlığında iki kiçik təyyarə toqquşub.
Avropa.info xəbər verir ki, toqquşma nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.
H.Knopun ölümü ilə bağlı məlumat siyasətçinin həmkarları tərəfindən təsdiqlənib.
Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırmalar aparır.


Oxunma sayı: 3565

Oxşar yazılar