Hindistanda inək əti daşıyan müsəlman gənci vəhşicəsinə linc etdilər - Ötən il daha bir müsəlman gənc öldürülmüşdü (FOTO)

  • 01:30 - 01 Avqust

Hindistanın Qurqaon şəhərində şəxsi avtomobilində inək əti daşıdığı iddia edilən müsəlman gənc linc edilib. 

Avropa.info xəbər verir ki, paytaxt Dehliyə yaxın olan Qurqaon şəhərində müsəlman bir gənc avtomobilində inək əti daşıması iddiası ilə bir qrup tərəfindən döyülüb. 
 

Müsəlman gənc avtomobilindən yerə endirilərək, vəhşicəsinə linc edilib. Hadisə yerinə gələn polislərin isə prosesə gec müdaxilə etdikləri bildirilir. Azğın qrup tərəfindən linc edilən müsəlman gənc xəstəxanaya aparılıb. 

Qeyd edək ki, son illər Hindistanda müsəlmanlara qarşı hücumlar artıb. Ötən il Hindistanda Tabrez Ənsari adlı müsəlman gəncin öldürülməsi qalmaqala səbəb olmuşdu. Dirəyə bağlanılaraq 12 saat boyunca döyülən Ənsari, 4 gün sonra aparıldığı xəstəxanada vəfat etmişdi. 

Xatırladaq ki, hinduizm dinində inək "müqəddəs" sayılır və əti yeyilmir.

Radikal Hindu çetelerin linç ettiği Müslüman genç hayatını ...

 


Oxunma sayı: 8548

Oxşar yazılar