Ərdoğan həmkarlarını Qurban bayramı münasibətilə təbrik edib

  • 23:38 - 31 İyul

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezudenti İlham Əliyev, Oman Sultanı Həsən ibn Tarik, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla telefonla danışıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayılıb.

Bildirilib ki, Qurban bayramı münasibətilə təbrik ünvanlayan Türkiyə Prezidenti hər 3 ölkənin liderlərilə ikitərəfli əlaqələrin inkişafı, regional məsələlərdə əməkdaşlığın gücləndirilməsi məsələlərindən danışıb.(apa)


Oxunma sayı: 5336

Oxşar yazılar