Tramp qoşunların Əfqanıstandan çıxarılacağını təsdiqlədi

  • 23:20 - 31 İyul

ABŞ yaxın gələcəkdə Əfqanıstandan ordusunu tamamilə çıxarmağı planlaşdırır.

Buunu ABŞ prezidenti Donald Tramp təsdiq edib.

“Tez bir zamanda Əfqanıstanı tərk edəcəyik”, deyə Amerika lideri Ağ Evdəki tədbirdə vurğulayıb.

Bundan əvvəl, ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, radikal “Taliban” hərəkatı ilə əvvəlcədən bağlanmış sülh razılaşması çərçivəsində ABŞ gələn ilin may ayına qədər qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.


Oxunma sayı: 5248

Oxşar yazılar