Zərdabda polis əməkdaşları Qurban bayramı münasibətilə Şəhid ailələri və aztəminatlı ailələrə bayram sovqatı paylayıb - Foto

  • 22:11 - 31 İyul

 Qurban bayramı münasibətilə Şəhid ailələri və aztəminatlı ailələrə bayram sovqatı paylayıb

Zərdab Rayon Polis Şöbəsinin şəxsi heyəti Qurban bayramı münasibətilə rayon ərazisində şəhid olmuş əsgərlərimizin ailə üzvlərinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylayıb.
Polis əməkdaşları, həmçinin hər bir sakinlə koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə profilaktiki söhbətlər aparıb, sağlamlıqlarına biganə qalmamağı tövsiyə ediblər. Sakinlər də göstərilən bu diqqət və qayğıya görə asayiş keşikçilərinə minnətdarlıqlarını bildiriblər.

 

 

 

Avropa.info/Coşqun Abdullayev


Oxunma sayı: 11155

Oxşar yazılar