Yaqut Qarayeva: “Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur”

  • 19:27 - 31 İyul

“Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur”. 

Avropa.info apa-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib: “Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”. 


Oxunma sayı: 7327

Oxşar yazılar