Rusiyalı qubernator koronavirusa yoluxdu

  • 17:30 - 31 İyul

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov koronavirusa yoluxub. 

Siyasətçi bu barədə öz “Instagram” səhifəsində vətəndaşlara açıqlaması zamanı bildirib. 

O, diaqnozu bilən kimi özünü təcrid etməyə başladığını deyib: 

“Dünən verdiyim testin cavabı müsbət oldu. Ümumiyyətlə, vəziyyətim normaldır, evdə təcriddəyəm. Təəssüf ki, gələn həftə planlaşdırılan uzaq bələdiyyələrə edilən səfərləri ləğv etməli olduq”. 

Qubernator yalnız testi mənfi nəticə göstərdikdən sonra işə qayıdacağını vəd edir. 

“Öz nümunəmlə koronavirusun yaxın olduğuna əmin oldum. Arxayınlaşmayın, özünüzə qulluq edin və sağlam olun!”, - deyə Artyuxov yekunlaşdırıb. 

 


Oxunma sayı: 3917

Oxşar yazılar