Azərbaycan milli komandasının yeni baş məşqçisi

  • 19:32 - 30 İyul

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib. 

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, bu gün tərəflər arasında müqavilə imzalanıb. 

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir. 

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır. 


Oxunma sayı: 29701

Oxşar yazılar