"Müharibə başlasa Türkiyə erməniləri də, Ermənistandakı Rusiya bazasını da qısa müddətə darmadağın edəcək" - Rus hərbi ekspert

  • 16:59 - 30 İyul

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən iyulun 29-da başlayan misli görünməmiş miqyasda birgə manevrləri Ermənistanla yanaşı Rusiya siyasi dairələrində də ciddi narahatlıqla izlənməkdədir. 

Avropa.info xəbər verir ki, rusiyalı hərbi ekspert Pavel Felqenqauer “Rosbalt”a müsahibəsində hadisələrin inkişaf edəcəyi halda, hətta NATO-nun da bu münaqişəyə qoşulaca biləcəyini deyib. Türkiyə- Azərbaycan hərbi təlimlərinə qısqançlıqla yanaşan Pavel Felqenqauer, hadisələrin gələcək axarının Rusiya-Türkiyə toqquşmasına səbəb ola biləcəyini iddia edib. 

"Faktiki olaraq Türkiyənin Azərbaycanda ordusu var. İstisna deyil ki, Türkiyənin KTMT üzvü Ermənistanla münaqişədə Azərbaycan tərəfində çıxış etməsi yeni, lakin irimiqyaslı Rusiya-Türkiyə toqquşmasına səbəb ola bilər. Türkiyə Azərbaycana təkcə mənəvi dəstək vermir. Ərdoğan da, müdafiə naziri də Azərbaycan tərəfində döyüşəcəyini deyir. Bu yolla onlar mövqelərini göstərirlər, əslində həmişə belə olub. Burada bəzi problemlər ortaya çıxır, o cümlədən Naxçıvanın statusu ilə bağlı 1921-ci ildə Türkiyə Cümhuriyyəti və Sovet Rusiyası arasında bağlanmış Moskva müqaviləsi. Bu məqamda Türkiyə müdaxilə edə bilərlər və bu müdaxilə çox ciddi ola bilər.

Açıklama yok.

Hadisələrin belə inkişafı Moskvaya müharibə vəd edir. Bu halda Rusiya erməniləri qoruyacaq. Gümrüdəki hərbi bazamız məhz bunun üçündür. KTMT-nin Ermənistan tərəfindən döyüşəcəyi təxəyyül məhsuludur. Bu təşkilata daxil olan nə Qırğızıstan, nə Qazaxıstan, nə Tacikistan, ya da Belorus Cənubi Qafqazda heç bir halda vuruşmayacaq. KTMT Çernoqoriyanın belə “Trident Juncture” təliminə bir neçə əsgər göndərdiyi NATO deyil. Belorus konstitusiyası ölkə ordusunun sərhədləri xaricində döyüşməsini qadağa edir. KTMT-yə daxil olan Orta Asiya ölkələri Cənubi Qafqazda döyüşməyi planlamırlar. Ermənistanın köməyinə yalnız Rusiya gələ bilər. 

Ermənistanda yerləşdirilən Rusiya qoşunları heç də rus qoşunu deyil. Hərbi heyətin 90%-i ermənilərdir. Xidmət üçün yerliləri cəlb etmək köhnə imperiya ənənəsidir. Bu Rusiyadan təyyarələrlə muzdluları gətirməkdən daha ucuz çıxır. İstənilən halda orada dörd min nəfərdən ibarət cəmi bir motoatıcı briqada var. Bununla yanaşı, orada MiQ-29 aviasiya dəstəsi, zenit-raket kompleksləri də var. Lakin bu sərhədin o tayında yerləşən 3-cü Türkiyə ordusu ilə müqayisədə simvolik qüvvədir. 

Rusiyanın oradakı hərbi birləşmələrinin gücləndirilməsi olduqca məhduddur. Əks halda Gürcüstandan müdaxilə etmək lazım gələcək. Gürcülər isə buraxmaya bilər, bu halda onların ərazisindən döyüşlə keçməli olacağıq. Əlbəttə, hava ilə dəstək aparmaq olar. Lakin tank və motoatıcı briqadaları aparmaq çətindir. Bundan əlavə, türklərin olduqca güclü, müasir aviasiyası var. Orada hərbi əməliyyatlar başladıqdan sonra türklər Ermənistanda olan həm erməni, həm Rusiya qüvvələrini darmadağın edəcəklər. Lakin bu müdafiə doktrinamıza uyğun olaraq, nüvə silahına əl ata biləcək Rusiya ilə müharibə deməkdir. Lakin, Moskvanın da belə bir riskli addım ata biləcəyi haqda bir söz deməyə çətinlik çəkirəm. Məsələn, heç kəsin yaşamadığı dağlıq əraziyə, ya da Anadoluda hansısa hərbi bazaya nümayişkar zərbə endirilə bilər. Lakin, o zaman bu bütün NATO ilə müharibə demək olacaq. 

Vəziyyət olduqca ciddidir və hər an gərginləşə bilər. Türkiyə qoşunlarının hərbi manevrlər üçün Azərbaycan-Türkiyə sərhədini keçməsi ciddi eskalasiyadır. Azərbaycan və Ermənistan arasında irimiqyaslı müharibə olmasa, Türkiyə də prosesə qarışmayacaq" - rus hərbi ekspert belə deyib.

Avropa.info


Oxunma sayı: 28007

Oxşar yazılar