Elman Rüstəmovdan inflyasiya açıqlaması

  • 12:44 - 30 İyul

“Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik infilyasiya hədəf intervalından aşağıda qalıb”.

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, iyun ayında 0,3 faiz defilyasiya baş verib: “İllik infilyasiya 3,3 faiz təşkil edib. Ərzaq qiymətləri ötən ay 1,5 faiz aşağı düşüb. Bu dövrdə qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0, 9 faiz bahalaşıb”.

E. Rüstəmov qeyd edib ki, real sektorun müəssisələri üzrə monitorinqin nəticələri infilyasiya gözləntilərin azaltmaqda davam etdiyini göstərir.


Oxunma sayı: 5699

Oxşar yazılar