Bakıda 130 min manatdan çox dələduzluq edən şəxs tutuldu

  • 14:22 - 29 İyul

Bakıda külli miqdarda dələduzluq edilib.

DİN mətbuat xidmətindən Avopa.info-ya daxil olan xəbərə görə, silah gəzdirdiyinə görə tutulmuş E.Əliyevin ətrafında Səbail və Nərimanov Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Nəticədə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldadıb 119.500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13.500 manat pullarını alması da müəyyən edilib.


Oxunma sayı: 7118

Oxşar yazılar