İrəvanda “Türklər gəlir” təşvişi: Tonoyan Rusiya səfiri ilə görüşdü

  • 01:53 - 29 İyul

İşğalçı Ermənistan bugündən etibarən başlayacaq Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini narahatlıqla izləyir. İyulun 28-də bu ölkənin müdafiə naziri David Tonoyan Rusiyanın Ermənistandakı səlahiyyətli səfiri Segey Kopırkinlə görüşüb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, görüşdə səfirliyin hərbi-hava attaşesi, polkovnik Andrey Qrişuk da iştirak edib. Tərəflər hərbi və hərbi-texniki əməkdaşlıq, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər. Müdafiə naziri rusiyalı diplomata Azərbaycanla sərhəddəki, həmçinin Qarabağ istiqamətindəki vəziyyət barədə məlumatlar verib, stabilləşmədə Rusiyanın oynadığı “rol”dan bəhs edib. Məlumatda o da bildirilir ki, D.Tonoyan bölgədə atılan hərbi addımların stabilliyin pozulmasına xidmət etdiyi haqda iddialar səsləndirib, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına diqqət çəkib.

Səfir Kopırkin növbəti dəfə ölkəsinin bölgədə stabilliyin möhkəmləndirilməsi istiqamətindəki mövqeyini xatırladıb.

Qeyd edək ki, eyni gündə Ermənistan hakimiyyət təmsilçiləri ABŞ-ın bu ölkədəki səfiri ilə də bir araya gəliblər. Açıq-aydın görünür ki, İrəvanda Bakı-Ankara hərbi əməkdaşlığının intensivləşməsi təşviş doğurub.

 


Oxunma sayı: 16787

Oxşar yazılar