Zərdab İcra Hakimiyyətinin şöbə müdiri sərbəst buraxıldı – Yenilənib
- 10:41 - 29 İyul
Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu sərbəst buraxılıb.
Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan S.Əhmədovun ifadəsi alınaraq sərbəst buraxılıb.
23:48
Təqribən 1 saat öncə Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.
Yerli sakinlərin Avropa.info-ya verdiyi məlumata görə, Əhmədov Sahid Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.
Əhmədov Sahidlə yanaşı bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.