Tramp etirazçıları həbslə hədələdi

  • 21:47 - 28 İyul

ABŞ Prezidenti Donald Tramp hökumət binalarına ziyan vuran etirazçıları həbslə hədələyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tramp "Tvitter" hesabında yazıb.

"Portlanddakı federal məhkəmə binasına, yaxud şəhərlərimizdə hər hansısa digər hökumət binalarına zərər vuran anarxistlər, təhrikçilər və etirazçılar mühakimə ediləcəklər. Minimum 10 il həbs. Belə etməyin!".

Qeyd edək ki, iyulun 20-də Portlandda federal məhkəmə qarşısına yığışan etirazçılar binaya ciddi ziyan vurublar.


Oxunma sayı: 14290

Oxşar yazılar