Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin Azərbaycanda filialının təşkilinə başlanılıb

  • 18:35 - 28 İyul

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin Azərbaycanda filialının təşkilinə başlanılıb.

İqtisadiyyat Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, bu barədə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında 5-ci İllik Toplantısında çıxış edən AİİB-də Azərbaycandan müdir, İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M. Cabbarov qeyd edib ki, bu Mərkəz qlobal çoxtərəfli əməkdaşlıq üçün önəmli platforma rolunu oynayacaq. İqtisadiyyat naziri Azərbaycanın postpandemiya trendləri barədə danışıb, rəqəmsal iqtisadiyyat, İKT, aqrobiznes, tikinti, dağ-mədən, neft-kimya və turizm sektorlarınının prioritet istiqamətlərdən olduğunu və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.


Oxunma sayı: 8130

Oxşar yazılar