Azərbaycanda Mədəniyyət Evindən 2500 manatlıq oğurluq edildi – Foto

  • 16:25 - 28 İyul

Ağcabədi rayon Mədəniyyət Evindən müxtəlif növ məişət və elektrik əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Avopa.info-ya verilən məlumata görə, 11 iyul tarixində Ağcabədi rayon Mədəniyyət Evindən oğurluq edilməsi barədə RPŞ-yə məlumat daxil olub. 

Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb. 

Araşdırmalarla onun 2500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Azərbaycanda Mədəniyyət Evindən 2500 manatlıq oğurluq edildi- FOTO

Oxunma sayı: 13443

Oxşar yazılar