Azərbaycanda 287,5 min nəfərə Prezidentin aylıq təqaüdü verilir

  • 12:44 - 28 İyul

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib.

Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Əmək və Əhalinin Sosial Nazirliyindən Avropa.info-ya bildirilib ki, hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edib.

Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla  475 mln. manat vəsait ödənilib.


Oxunma sayı: 9395

Oxşar yazılar