Bu tarixlərdə koronavirus testindən keçənlərin nəzərinə - cavab SMS-ləri yanlışdır

  • 13:22 - 26 İyul

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus testindən keçən şəxslərə göndərilən SMS-lərdə yanlışlıq olduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, agentlikdən verilən məlumata görə 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək.

Agentlik sistemdə baş verən texniki xətaya görə üzr istəyir.


Oxunma sayı: 9208

Oxşar yazılar