Erməni milyarder Moskvada Azərbaycan biznesinə dəyən ziyanı ödəyəcək

  • 14:47 - 26 İyul

Rusiyadakı RESO Sığorta Qrupunun həmtəsisçisi, milyarder Sergey Sarkisov Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi fonunda Moskvada iğtişaşların dayandırılmasına yardım etmək çağırışı ilə Azərbaycan və erməni diasporunun nümayəndələrinə müraciət edib.

Virtualaz.org RBK-ya istinadən bildirir ki, müraciət Sarkisovlar ailəsi və "Erməni Assambleyası"adından dərc edilib.

S.Sarkisov xüsusi ilə qeyd edib ki, "öz vətənindən uzaqda millətçiliyinin vəhşi təzahürünü ortaya qoyan, insanları sadəcə başqa millətdən olduğu üçün döyən və ya öldürənlərə görə utanır".

 

Bundan başqa, Sarkisov bildirib ki, onun ailəsi Moskvada vandalların azərbaycanlıların mülkiyyətinə vurduğu zərərin əvəzini ödəməyə hazırdır.

Sarkisovun müraciətində xüsusilə deyilir: "...Hər millətin qürur duyacağı və onlara görə utanacağı insanları var.

Qardaşım və mən Moskvada doğulub- böyümüşük. Mənim azərbaycanlı dostlarım çoxdur-mənim üçün çox əziz olan gözəl və nəcib adamlar,- və mən onlarla dostluğa çox böyük dəyər verirəm.

Zorakılıq və dağıdıcılıqla milli kimliyini göstərməyə qərar verən vandallara görə onların qarşısında utanıram. Vətənlərindən uzaqda millətçiliyinin barbar bir təzahürünü ortaya qoyan, sadəcə fərqli bir millət olduqlarına görə insanları döyən və ya öldürənlər üçün erməni qohumlarımın və dostlarımın qarşısında utanıram.

Mən Ermənistan və Azərbaycan ziyalılarının nümayəndələrinə, hər iki millətin iş adamlarına müraciət edirəm: vandalları və ekstremistləri dayandırın, maarifləndirin. Onlara izah edin ki, xalqlarımızın adətinə görə, sizi qəbul edən evdə, hansı ki, sizə yaşamaq və işləmək, övladlarınıza təhsil almaq imkan verir, “razborka” təşkil etmək olmaz.

Rusiyanı nəzərdə tuturam. Xalqlarınızı, əcdadlarınızı rüsvay etməyin. Bu son günlərdə baş verənlər, ev sahiblərinə nankorluq və hörmətsizliyin təzahürünün qəbuledilməz bir formasıdır...

Ailəmiz, axmaqlıq və ya aldadılma səbəbindən guya əsl kişinin daha yüksək səslə qışqıran və ya şüşələri sındıran insan olduğuna inanan ermənilərin azərbaycanlı iş adamlarının əmlakına vurduğu ziyanı kompensasiya etməyi öz üzərinə götürür...

Moskvalıları əmin etmək istəyirəm ki, xalqlarımızın nümayəndələri bu ölkəyə sülh və xoş niyyətilə, məhv etmək yox, yaratmaq məqsədi ilə gəliblər".

Virtualaz.org


Oxunma sayı: 11353

Oxşar yazılar