Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

  • 15:20 - 25 İyul

Azərbaycanda bank kartları ilə bu ilin yanvar-iyun ayları ərzində 2 748 mln. manat həcmində nağdsız ödəniş həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından Avropa.info-ya verilən məlumata görə, ölkə daxilində nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,7% artıb.

Məlumata əsasən, nağdsız ödənişlərin 1 681 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 36,8% artımı özündə əks etdirir. Bildirək ki, ölkədə POS-terminallar vasitəsilə ödənişlərin həcmi isə illik 55% artaraq bu ilin ilk altı ayı ərzində 951 mln. manat olub.


Oxunma sayı: 7206

Oxşar yazılar