Xavi Ernandes koronavirusa yoluxub

  • 14:02 - 25 İyul

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi Ernandes koronavirusa yoluxub.

Bunu hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi olan ispaniyalının özü açıqlayıb.

O, sosial şəbəkədəki paylaşımında testinin müsbət nəticələndiyini bildirib: “Koronavirus testimin nəticəsi müsbət oldu. Xoşbəxtlikdən tam qaydasındayam, amma protokola uyğun hərəkət edəcəyəm. Tam sağalana qədər karantində qalacağam. Hamını qucaqlayıram. Tezliklə futbol meydanlarında görüşənədək”.(apa)


Oxunma sayı: 15654

Oxşar yazılar