Bakıda qadına qarşı quldurluq edildi

  • 13:28 - 25 İyul

İyulun 22-də saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G. Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R. Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Oxunma sayı: 6359

Oxşar yazılar